Hüseyn Məhəmmədoğlu: “Klarnet ifaçılarının ulduzu mənəm”

“Bir çox verilişlərdə məni aparıcılar təqdim edərkən deyirlər ki, Azərbaycanın bir nömrəli klarbet ifaçısı Hüseyn Məhəmmədoğlu. Həmin an onları saxlamışam. Demişəm ki, belə təqdim etməyin. Bir nömrə deyiləm, böyük sənətkarlarımız var, onlardan ayıbdır”.

Axşam.az xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu verilişlərin birində deyib. O, aparıcıların həmkarlarını bu cür təqdim edilməsini düzgün hesab etmədiyini bildirib:

“Buradan həmin o aparıcı və klarnet ifaçılarına demək istyəirəm ki, belə şeylərlə razılaşmayın. Bu yaxınlarda da bir klarnet ifaçısını Azərbaycanın bir nömrəli klarnet ifaçısı kimi təqdim etdilər. Tamam, məndən yaxşı ola bilərsən. Mən onsuz da özümü ən yaxşı hesab etmirəm. Xalq bunu bilir, mənə bu bəs edir. Amma ki, ayıbdır. Hakim Abdullayev, Qulammirzə Mirzəyev, Vaqif Mirzəyev kimi bir çox böyük sənətkarlar var. Sizi belə təqdim edəndə razılaşmayın. 

Klarnet ifaçılarının ulduzu kimi məni təqdim etsələr, razılaşaram. Çünki onlar arasında ən populyarı mənəm, təkcə Azərbaycanda yox, digər ölkələrdə də... Amma bir nömrə mən deyiləm. Onlar Hakim Abdullayev, rəhmətlik Zahid Abdullayevdir”.

0.14224696159363