Bədəni yanan körpənin atası fəryad edir: “Dərmanlarını almaq üçün 800 manata ehtiyacımız var” - FOTO

Bir yaşlı Məsumənin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun atası Rüfət Şükürov məlumat verib.

O bildirib ki, övladı oktyabrın 3-də üzərinə qaynar su tökülərək yanıb.

“Biz Astarada yaşayırıq. Hadisə günü yoldaşım toyuq təmizləmək üçün su qaynadıb. Məsumə iməkləyərək qazanı üstünə çəkib. Hadisə baş verən günü bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. Bir müddət orada müalicə alsaq da, imkanımız olmadığı üçün məcburən oradan çıxdıq. İnanın, ağrıları o qədər şiddətlidir ki, bütün günü ağlayır, susmur. Məsumə çox balacadır, ağrılara dözümü yoxdur. Hazırda övladımın müalicəsini davam etdirmək üçün 800 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (099) 857-53-50.

Yardım üçün kart nömrəsi: 4169 7388 1195 2617.

0.13038492202759