“Tottenhem” ili qələbə ilə başa vurdu - VİDEO

İngiltərə Premyer Liqasının 20-ci turu çərçivəsində “Tottenhem” - “Bornmut” matçında izləyicilər dörd qolun şahidi olublar.

Onlardan üçünə ev sahibləri imza atıblar. Qonaqların gücü yalnız buraxılan toplardan birinin əvəzini çıxmağa yetib - 3:1.

Bu qələbədən sonra “Tottenhem” 39 xal toplayıb və İngiltərə çempionatının turnir cədvəlində beşinci yerdədir. “Bornmut” isə 25 xalla 12-cidir.

0.073359966278076