ABŞ-nin Suriyadakı hərbi bazasına PUA ilə zərbə endirilib

Suriyanın şimal-şərqindəki Həsəkə əyalətində ABŞ hərbi bazası pilotsuz təyyarə ilə hücuma məruz qalıb.

“Suriyada ABŞ-nin Rumeylandakı hərbi bazası PUA hücumuna məruz qalıb”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, ümumilikdə, ABŞ-nin Suriya Ərəb Respublikası ərazisində 24 hərbi bazası və dörd məntəqəsi var.

Mənbə: Al Mayadeen

0.079585075378418