İkiqat Olimpiya mükafatçısı həyat yoldaşını öldürməkdə şübhəli bilinir

Avstraliyalı velosipedçi və ikiqat Olimpiya mükafatçısı Roan Dennis həyat yoldaşı, trek üzrə dünya çempionu Melissa Hoskinsi öldürməkdə şübhəli bilinir.

Məlumata görə, mövsümün bitməsindən sonra idmanı tərk edən Dennis Adelaidada Avstraliya polisi tərəfindən həbs edilib. 33 yaşlı kişinin avtomobili ilə həyat yoldaşını vurduğu iddia olunub.

Avstraliyalı “təhlükəli sürmə, ehtiyatsızlıq və başqalarının həyatını təhlükəyə atmaqla ölümə səbəb olmaqda” şübhəli bilinir.

Dennis artıq zaminə buraxılıb və gələn ilin martında məhkəmə qarşısına çıxacaq.

Mənbə: iz.ru

0.10950016975403