Ronaldunun sevgilisinin Yeni il səyahəti ilə bağlı paylaşımı gündəm oldu - FOTO/VİDEO

29 yaşlı ispan model Corcina Rodriqes 38 yaşlı sevgilisi Kriştianu Ronaldu ilə 2024-cü ili necə qarşıladıqlarını nümayiş etdirib.

O, kadrları 55 milyondan çox abunəçisi olan “Instagram” səhifəsində paylaşıb.

Məşhur cütlük Yeni il gecəsini keçirmək üçün Portuqaliyanın Madeyra şəhərinə gəlib.

Onlar uşaqları evdə qoyaraq səyahətə çıxıblar.

Qeyd edək ki, hazırda ailə Səudiyyə Ərəbistanında yaşayır, çünki Kriştianu yerli “Ən-Nəsr” klubunda oynayır.

 

0.077665090560913