Yeni il ərəfəsində Niderlandda bütün ətirli elektron siqaretlər satılıb

Niderlandda satışda olan ətirli elektron siqaretlərin hamısı alınıb.

Məsələ burasındadır ki, yanvarın birindən ölkədə şaftalı, manqo və ya nanə tamlı elektron siqaretlərin satışı qadağan edilib. Yalnız tütün ətirli məhsullara icazə verilib.

Hökumətin fikrincə adi siqareti atmaq istəyən gənclər meyvə ətirli elektron siqaretlərdən istifadə etdikdə, bir müddət sonra yenidən ənənəvi siqaretlərə qayıtmaq istəyirlər. Tütün ətirli siqaretlər isə bu istəyin qarşısını daha effektiv alır.

Lakin eskpertlərin fikrincə, hökumətin bu addımı təsirsiz olacaq. Çünki meyvə ətirli elektron siqaret həvəskarları onu Çindən onlayn olaraq sifariş edəcəklər.

Mənbə: rossaprimavera.ru

0.085680961608887