Türkiyədə yük maşını əvvəl piyadalara, ardınca mağazaya çırpılıb - ANBAAN VİDEO

Türkiyənin İzmir şəhərində sürücünün idarəetməsindən çıxan yük maşını əvvəl piyadalara, daha sonra elektron malların satıldığı mağazaya çırpılıb.

Dəhşətli qəza ərazidə olan müşahidə kameraları tərəfindən anbaan qeydə alınıb.

Qəza nəticəsində beş nəfərin yaralandığı bildirilib. Xəsarət alanlardan birinin vəziyyəti ağır olduğundan dərhal əməliyyat edilib.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

Mənbə: DHA

0.073338031768799