Almaniyada fermerlərin ardınca dəmiryolçular da tətilə başladılar

Almaniyada fermerlərin ardınca dəmiryolçular da tətilə başlayıblar. Aksiyaya görə “Deutsche Bahn” dəmir yolunda qatarların hərəkəti bu gündən etibarən ciddi şəkildə məhdudlaşdırılıb.

Bu barədə Maşınistlərin Həmkarlar İttifaqı (GDL) xəbər yayıb.

Bildirilir ki, tətil səbəbindən səlahiyyətlilərlə razılaşdırılan aksiya yanvarın 12-nə - cümə gününə qədər davam edəcək.

Həmkarlar ittifaqı əmək haqqının 500 avrodan çox artırılmasını, həmçinin iş həftəsinin üç saat azaldılmasını tələb edir. 

Bu arada almaniyalı davam edir. Onlar bir neçə əsas marşrutu bağlayıblar və Berlinin mərkəzinə kənd təsərrüfatı avadanlıqları ilə peyin daşıyıblar.

Narazılıq güzəştlərin ləğvi ilə əlaqədardır.

Mənbə: Mk.ru

0.095584869384766