Qurum liftin işlək vəziyyətdə olduğunu, sakin əksini deyir - ŞİKAYƏT + FOTO/VİDEO

Binəqədi rayonu, Naxçıvani küçəsi, ev 39A, giriş 1, mənzil 47 ünvanında yaşayan sakinlər liftin sıradan çıxmasından təngə gəliblər.

Bu barədə hakimiyyet.az-ın redaksiyasına şikayət ünvanlanıb.

Sakinlər tez-tez problem yaşadıqlarını deyirlər.

“Lifttəmir İstehsalat Birliyi”ndən sakinlərə bildiriblər ki, problem aradan qaldırılıb:

“Binəqədi rayonu, Naxçıvani küçəsi, ev 39A, giriş 1 ünvanında yerləşən liftlə əlaqədar müraciətiniz araşdırılıb. Həmin lift 2012-ci ildə quraşdırılıb.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişliyi tərəfindən 2023-cü ilin yanvar ayında qeyd olunan ünvandakı liftə texniki baxış keçirilib. Növbəti bir il müddətinə istismarına icazə verilib.

Mütəxəssislərimiz tərəfindən qeyd edilən ünvandakı liftə növbədənkənar texniki baxış keçirilib, baş açara gələn elektrik gərginliyi bərpa olunub. Təhlükəsiz işləməsi yoxlanılaraq, istismara buraxılıb. Hazırda lift istismara yararlı və işlək vəziyyətdədir”.

“Lifttəmir İstehsalat Birliyi” liftin işlək vəziyyətdə olduğunu desə də, vəziyyət göz önündədir.

Həmin görüntüləri təqdim edirik:

Nəzrin Vahid

0.5021710395813