İraqın şimalında beş terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında “Hakurk” və “Pəncə-Kilid” əməliyyatı bölgələrində PKK-nın beş terrorçusu zərərsizləşdirilib. 

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

“Harada olursa-olsunlar, terrorçuların yuvalarını başlarına yıxdıq, yıxırıq və yıxmağa davam edəcəyik. Qətiyyətlə davam etdirdiyimiz əməliyyatlarımız nəticəsində İraqın şimalındakı Hakurk və Pəncə-Kilid bölgələrində müəyyən edilən PKK-nın beş terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib”, - məlumatda diqqətə çatdırılıb. 

 

0.084733009338379