Ticarətçilər avtomobil kursunu ABŞ və Koreyadan Dubaya dəyişirlər? - VİDEO

Son vaxtlar Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən ölkəmizə gətirilən avtomobillərin sayı artmaqdadır.

Nəqliyyat eksperti Aslan Əsədli bildirib ki, Qırmızı dənizdə baş verən hadisələr fonunda logistika şirkətləri yarana biləcək risklərdən yayınmaq üçün alternativ yollardan istifadə edirlər.

Bu da ABŞ və Koreyadan gətirilən avtomobillərin ünvana daha gec çatmasına səbəb olur. Bu səbəbdən müəyyən alıcılar daha çox Dubay bazarına üstünlük verməyə başlayıblar.

Avtomobil təmiri ilə məşğul olan ustaların fikrincə, Dubaydan gətirilən avtomobillərin, digərləri ilə müqayisədə nadir hallarda təmirə ehtiyacı olur. Nəqliyyat vasitələrinin gəmidəki konteynerdə qalma müddəti də onun keyfiyyətinə təsir edən amillərdən biridir. 

Ekspert onu da qeyd edib ki, vətəndaşların Dubay bazarına üstünlük verməsinin digər səbəbi aradakı qiymət fərqidir.

Mütəxəssisin sözlərinə görə, hazırkı bazarda müşahidə olunan vəziyyət onu deməyə əsas verir ki, bundan sonrakı mərhələdə də Dubay bazarından alınan avtomobillərin sayı üstünlük təşkil edəcək.

Daha ətraflı “Xəzər Xəbər”in süjetində:

0.079195976257324