Yaponiyada zəlzələ 50 min evi dağıdıb

Yaponiyanın Noto yarımadası regionunda yanvarın 1-də baş vermiş zəlzələ 50 min evi dağıdıb. Dağıntılar nəticəsində yaranan tullantıların həcmi 2,4 milyon tonu ötüb.

İsikava prefekturasının qubernatoru Hirosi Hase mətbuat konfransı zamanı zəlzələdən sonra yaranan zibillərin utilizasiyasını çox ciddi problem adlandırıb. O bu məsələdə dəqiq planın olmasının vacibliyini də qeyd edib.

“Zəlzələ nəticəsində prefekturada təqribən 2,4 milyon ton zibil əmələ gəlib. Bunlar hələlik Ekologiya Nazirliyinin hesablamalar üçün tövsiyələrinə əsaslanan ilkin rəqəmlərdir. Bu təxminən İsikava prefekturasındakı zibilin yeddiillik həcminə bərabərdir”, - deyə qubernator bildirib.

Mənbə: ren.tv

0.19363594055176