Ukraynada onlayn nikaha daxil olmağa icazə verildi

Ukraynada ölkə sakinləri onlayn nikaha girə biləcəklər.

Bu barədə rəqəmsal transformasiya naziri Mixail Fedorov məlumat verib.

Onun sözlərinə görə, bunu “Diye” elektron dövlət xidmətləri servisindən istifadə etməklə həyata keçirmək mümkün olacaq.

“Bu, bütün dünya üçün unikal olacaq. Bu, hərbçilərimizin uzaqdan evlənməsinə şərait yaradacaq”, - o bildirib.

O, xidmətin təhlükəsiz olduğunu vurğulayıb. Hər şey video formatında həyata keçiriləcək.

Mənbə: “Politika stranı” “Telegram” kanalı

0.57990002632141