Səfir: “Avropa İttifaqı Azərbaycanın uzunmüddətli tərəfdaşıdır”

“Avropa İttifaqı (Aİ) Azərbaycanın uzunmüddətli tərəfdaşıdır”.

“Report” xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Avropa Bilik Yarışının rəsmi açılış mərasimində deyib.

O bildirib ki, tərəflər arasında sıx tərəfdaşlıq əlaqələri var:

“Bu, özünü xüsusilə təhsil və peşə təhsili sahəsində göstərir. Hər il minlərlə tələbə təhsilini davam etdirmək üçün Avropaya gedir. Hər il Avropanın müxtəlif ölkələrindən yüzlərlə tələbə Azərbaycana gəlir. Bu, qarşılıqlı əlaqə baxımından çox yaxşıdır”.

0.093876838684082