2023-cü ilin yay mövsümündə Antarktidada ümumi buzlaq sahəsi 1,8 milyon kvadratmetr təşkil edib və son 45 il ərzindəki minimuma enib.
2024-cü ilin fevral ayında buzlaq sahəsi iki milyon kvadratmetrə qədər artıb, lakin bu mövsüm hələ də ən aşağı buzlaq göstəricilərinə görə ilk üçlükdədir.
Bu barədə Arktika və Antarktika Tədqiqat İnstitutunun Mətbuat Xidməti xəbər verib.
Alimlər qeyd edirlər ki, son üç ildə Antarktidanın əksər ərazilərində hava şəraiti həmişəkindən daha isti olub ki, bu da güclü küləklərlə birlikdə nəhəng buzsuz ərazilərin yaranmasına səbəb olub.
Mənbə: TASS