ABŞ-dən olan molekulyar bioloqlar aşkar ediblər ki, APOE4 mutasiyası beynin dəstəkləyici hüceyrələrində piy damcılarının əmələ gəlməsinə kömək edir ki, bu da Alzheymer xəstəliyinin inkişafının sürətlənməsinə gətirib çıxarır.
Alimlərin tapıntıları “Nature” jurnalında dərc olunan məqalədə əksini tapıb.
“Bu yağ ləkələri beta-amiloid və digər zəhərli zülallara cavab olaraq beynin dəstəkləyici hüceyrələri olan mikroqlia tərəfindən istehsal olunur, necə ki, bəzi immun hüceyrələri bakterial infeksiyalara cavab olaraq oxşar yağ ləkələri əmələ gətirir”, - araşdırmada deyilir.
Alimlər ümid edirlər ki, bu tapıntı Alzheymer xəstəliyi ilə mübarizə üçün yeni üsulların yaradılmasına gətirib çıxaracaq.
Mənbə: TASS