Azərbaycanlı müğənni dəhşətli hücumda zərər çəkənlər üçün ianə etdi - FOTO

Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Moskva yaxınlığındakı “Crocus City Hall” ticarət mərkəzində baş verən terror hücumu zamanı zərərçəkənlərə maddi yardım göstərib.

O, Rusiya Qırmızı Xaç Cəmiyyətinə bir milyon rubl (18 451manat) ianə edib.

Məlumatı ifaçı özü sosial şəbəkə hesabında paylaşıb.

Navai öz izləyicilərini də onun bu addımını davam etdirərək yardım göstərməyə çağırıb.

Qeyd edək ki, martın 22-də baş vermiş qanlı faciə zamanı çox sayda insan həlak olub.

0.096321105957031