Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO

Rusiyalı aktyor və prodüser Yuri Vaksman 62 yaşında vəfat edib.

Bu barədə həmtəsisçisi və direktoru olduğu Yaroslavl Dövlət Gənc Tamaşaçılar Teatrından məlumat verilib.

“Gecə məlum oldu ki, Yaroslavl teatr və kinosunun əfsanəsi, prodüser, Rusiyanın əməkdar mədəniyyət işçisi, Rusiya filmlərində və seriallarındakı çoxsaylı rolu ilə geniş ictimaiyyət tərəfindən sevilən Yuri Mixayloviç Vaksman 62 yaşında bizi tərk etdi”, - deyə məlumatda bildirilib.

Vaksmanın yaradıcısı olduğu “Yarsinema” kinokompaniyası Yaroslavlda “Slovo patsana” serialının çəkilişlərinin təşkilinə dəstək göstərib.

Aktyorun filmoqrafiyasına 100-dən çox əsər, o cümlədən “Molodyojka” serialındakı “Nikolay Şulman”, “Gecə gözətçiləri” filmindəki “Kondakov” və “Gənc canavar iti” filmindəki “Malıqa” obrazları daxildir.

Mənbə: TASS

0.076757907867432