Üzərinə həbs qoyulan əmlakların satışı necə aparılacaq? - Ekspertdən AÇIQLAMA + VİDEO

Sahibinin icazəsi olmadan üzərinə həbs qoyulmuş əmlakın satışı mümkün olmayacaq.

Bu, Milli Məclisdə müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləyə təklif olunan dəyişiklikdə öz .

Millət vəkili Vüqar Bayramov bildirib ki, əvvəlki dövrlərdə əmlakın üzərinə həbs qoyulduqdan sonra onun qısa müddətdə satılması üçün müxtəlif vasitələrə əl atılırdı:

“Vətəndaşın məlumatı olmadan əmlak dəyərindən dəfələrlə ucuz qiymətə satışa çıxarılırdı. Yeni qərarların tətbiqindən sonra belə halların qarşısı alınacaq. Satış prosesində əmlak sahibinin iştirakına da şərait yaradılacaq. Amma burada bəzi istisna hallar da olacaq”.

Millət vəkili əlavə edib ki, Milli Məclisdə qəbul edilən qanun layihəsinin yaxın günlərdə qüvvəyə minəcəyi gözlənilir.

Daha ətraflı “Xəzər Xəbər”in süjetində:

0.10330891609192