Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı vəfat edib - FOTO

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinin dekanı, dosent Araz Fərəcov vəfat edib.

Bu barədə universitet məlumat yayıb.

Qeyd olunub ki, mərhum alimlə vida mərasimi bu gün saat 12:00-dək Təzəpir məscidində keçiriləcək.

Vida mərasimindən sonra mərhum Binəqədi qəbiristanlığında dəfn olunacaq.

0.096860885620117