Güney Azərbaycanda sərnişin avtobusu aşdı: Ölən və yaralananlar var - FOTO/VİDEO

İranın Heyran aşırımında sərnişin avtobusu aşıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, səhər saat 03:40-da Nəmin-Astara magistralında avtobusun aşması nəticəsində beş nəfər ölüb, 18 nəfər yaralanıb.

Qeyd edək ki, qəza yerinə səkkiz əməliyyat qrupu göndərilib.

0.073277950286865