Azərbaycanlı TIR sürücüsü üç aydır ki, Gürcüstanda qalıb və sərhədi keçə bilmir.
Xezerxeber.az-ın məlumatına görə, sürücü Aqil İsrafilov iddia edib ki, idarə etdiyi şokolad yüklü TIR fevralın dördündə Batumi şəhərində qəzaya uğrayıb.
Nəticədə qəzalı vəziyyətdə olan körpü uçub, sürücünün idarə etdiyi avtomobil isə aşıb. Bundan sonra hadisə yerinə gələn polis sürücüyə 61 min lari, yəni 38 min manat cərimə yazıb.
Zərərçəkmiş sürücü bildirib ki, Türkiyədən götürdüyü şokoladı Rusiyaya aparırmış və Gürcüstandan tranzit olaraq keçirmiş. Sürücü iddia edir ki, qəzadan sonra onun başı qarışıq olduğu üçün yükün yarısı da oğurlanıb.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, yol-nəqliyyat hadisəsi keçirən sürücü bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinə müraciət etsin.
Ətraflı süjetdə: