Bakıda yük maşınları yanıb - VİDEO

Bakıda yük maşınları yanıb.

hakimiyyet.az xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, “Mercedes” markalı yük avtomobilinin yanar hissələri, banına yığılan 212 ədəd paltaryuyan və qabyuyan maşın yanıb.

Yaxınlıqda dayanan “Scania” markalı yük avtomobilinin altı ədəd təkəri və banına yığılan karton taralar qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

0.30095410346985