SOCAR və "Masdar" arasında günəş və küləş enerjisinə dair sazişlər imzalandı

"Bu gün SOCAR və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında günəş və külək enerjisinin istifadəsi ilə bağlı imzalanan sazişlər Azərbaycanın enerji keçidində mühüm mərhələdir".

hakimiyyet.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında yazıb.

"Belə layihələr yaşıl gələcəyə sadiqliyimizi nümayiş etdirir və iqtisadiyyatımıza, ətraf mühitin qorunmasına və sosial rifaha önəmli töhfələr verəcək", - deyə nazir qeyd edib.

0.049001932144165