Mülkünün ətrafında gəzintiyə çıxdı və dəyəri 4-6 milyon dollar olan sümük aşkarladı

İndiyə qədər tapılmış ən böyük steqozavr skeleti hərraca çıxarılıb.

Bu barədə "Sothbey`s" hərrac evindən xəbər verilib.

Bildirilir ki, "Apex" ləqəbli steqozavrın daşlaşmış qalığının hündürlüyü 3,4 metr, uzunluğu isə 6,1 metrdən çoxdur.

Onun alıcılara 4-6 milyon dollara başa gələcəyi düşünülür.

Qeyd edək ki, skelet 2022-ci ilin may ayında "fosil ovçusu" Ceyson Kuper tərəfindən tapılıb. O, dostu ilə mülkünün ətrafında gəzintiyə çıxıb və daşdan çıxan bud sümüyü parçasına rast gəlib. Sonra qazıntılar başlayıb və dünyanı heyrətə gətirən tapıntı üzə çıxıb.

Steqozavrlar 145-66 milyon il əvvəl, Yura və Təbaşir dövrlərində yaşayıblar. Onlar otla qidalanan dörd ayaqlı dinozavrlar olublar. Onlar bədənlərinin üzərində iki cərgə halında yerləşən lövhəşəkilli sümükləri və quyruqlarının ucunda uzun tikanları ilə seçiliblər. Steqozavrlar ən iri otla qidalanan dinozavrlardan biri hesab edilir, onların bəzi növlərinin 9 metrə qədər uzunluğa olduğu bildirilir.

"Apex"in skeleti stegozavrların indiyədək tapılmış ən böyük skeleti hesab olunur. Bu nadir tapıntı həm elmi, həm də kolleksiya baxımından çox qiymətli hesab olunur.

Mənbə: KP.RU

0.057862997055054