ADY rəsmisi: "Çindən Azərbaycana 10 blok qatar gəlir"

"Azərbaycan Dəmir Yollarının tranzit yükdaşımalarında son üç ilin göstəriciləri üzrə müsbət artım dinamikası müşahidə olunur".

Bunu AZƏRTAC-a müsahibəsində "Azərbaycan Dəmir Yolları" QSC (ADY) sədrinin müşaviri Emil Məmmədov deyib.

O qeyd edib ki, cari ilin beş ayında 7,6 milyon tondan çox yük daşınıb ki, bunun 3,2 milyon tondan çoxu tranzit yüklərin payına düşür.

"Tranzit yükdaşımada ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artım qeydə alınıb. Cari ilin yanvar-may ayları ərzində Çindən cəmi 74 blok qatar göndərilib. İndiyə qədər qəbul edilən 64 blok qatarın 40-da idxal, 24-də isə tranzit yüklər daşınıb. Hazırda 10 blok qatar Çindən Azərbaycan istiqamətində yoldadır", - deyə E.Məmmədov bildirib.

0.098005056381226