Adı qalmaqalda keçən Hərbi Hissə komandiri bu dəfə saxta borc müqaviləsində adı keçir

Belə ki, Əldə edilən məlumata görə, N saylı h/hissə komandiri Altay Ələkbərov Gülməmməd oğlunun adı, keçən ilin əvvəllərində Hərbi prokurorluğun istintaqında 710.000 min manatdan artıq,xeyli külli miqdarda mənimsəmə faktları ilə cinayət işi başlamışdı. Çox maraqlıdır ki, zərəri 160.000 manatla əvəz edib ödəməklə, Altay Ələkbərov Gülməmməd oğlunun nöqsanlarına baxmayaraq, yenidən Altay Ələkbərov   h/hissə komandiri vəzifəsində işini davam etdirə bildi.

Hörmətli Azərbaycan Respublikasının Müdafiə naziri cənab General polkovnik Zakir Həsənov, belə bir vaxtda, Şəhidlərimizin qanı bahasına əldə etdiyimiz qələbədə, müharibədən istifadə edən belə hərbi hissə komandirləri dəmir metalları satıb öz mənafeyini güdən, dövlətimizə ziyan vurmaqla məşğul olan, işin üstü açılanda da 710.000 manatdan artıq olan ziyanı 160.000 manatla əvəz edib ödəyirsə, yenidəm necə H/Hissə komandiri işləyə bilər?? Hörmətli cənab nazirimiz Zakir Həsənov, bu işə yenidən baxılmasına göstəriş verib nəzarətdə saxlasanız, nəinki hərbi hissə komandiri, heç xidmətədə yaramadığına əmin olardız.

0.045185089111328