Azərbaycan Kubokunda daha bir oyun keçirilib

Futbol üzrə Azərbaycan Kubokunun I təsnifat mərhələsində daha bir oyun keçirilib.

hakimiyyet.az-ın məlumatına görə, "Şəfa" və "Saatlı-Araz" klubları üz-üzə gəliblər.

Qarşılaşma birincilərin qələbəsi ilə bitib. "Şəfa" II təsnifat mərhələsində "Difai" ilə qarşılaşacaq.

Daha əvvəl "Şahdağ Qusar" "Kür-Araz"ı məğlub edib - 3:1.

Qeyd edək ki, I təsnifat mərhələsinin digər matçları 13-14 oktyabrda gerçəkləşəcək.

Futbol üzrə Azərbaycan Kubokunda yeni mövsüm start götürüb.

hakimiyyet.az xəbər verir ki, bu gün I təsnifat mərhələsi çərçivəsində ilk oyun baş tutub.

Mövsümün ilk matçında II Liqa təmsilçilərindən "Şahdağ Qusar" "Kür-Araz"la qarşılaşıb.

Matç Qusar klubunun qələbəsi ilə bitib - 3:1.

Günün digər görüşündə isə "Şəfa" "Saatlı-Araz"la üz-üzə gələcək.

Azərbaycan Kuboku

I təsnifat mərhələsi

12 oktyabr

14:00. "Şahdağ Qusar" - "Kür-Araz"n 3:1

16:30. "Şəfa" - "Saatlı-Araz"

Futbol üzrə Azərbaycan Kubokunda II Liqa klublarının mübarizə apardığı 1-ci təsnifat mərhələsinin oyunlarına Şamaxı şəhərində start veriləcək.

hakimiyyet.az xəbər verir ki, Azərbaycan Kubokunun ilk oyununda "Şahdağ Qusar" "Kür-Araz"ı qəbul edəcək.

Günün ikinci qarşılaşması Bakıda baş tutacaq. "Şəfa" "Saatlı-Araz"ı sınağa çəkəcək.

Qeyd edək ki, I təsnifat mərhələsinə oktyabrın 14-də yekun vurulacaq.

12 oktyabr (şənbə)

Azərbaycan Kuboku

I təsnifat mərhələsi

"Şahdağ Qusar" - "Kür-Araz"

Saat 14:00, Şamaxı Olimpiya İdman Kompleksi stadionu

"Şəfa" - "Saatlı-Araz"

Saat 16:30, "ASK Arena"

0.04394006729126