Azərbaycan Premyer Liqası: "Zirə" son anda məğlubiyyətdən xilas oldu

Azərbaycan Premyer Liqasında X turun daha bir görüşü keçirilib.

hakimiyyet.az xəbər verir ki, turun son oyun günündə "Zirə" "Sabah"ı qəbul edib.

Zirə Olimpiya İdman Kompleksində baş turan matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Görüşdə hesab 7-ci dəqiqədə açılıb. Cesse Sekidika meydan sahiblərinin qapısına yol tapıb.

Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 90+1-ci dəqiqədə məğlubiyyətdən xilas olub. Georgi Papunaşvili "status-kvo"nu bərpa edib.

Bu bərabərlikdən sonra hər iki komandanın xal ehtiyatı 16-ya çatıb. "Zirə" turnir cədvəlində dördüncü, "Sabah" beşinci pillədə qərarlaşıb

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Kəpəz"i 5:0, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0, "Neftçi" isə "Səbail"i 3:1 hesabı ilə məğlub edib.

Bu gün Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq.

hakimiyyet.az xəbər verir ki, turun son oyun günündə "Zirə" "Sabah"ı qəbul edəcək.

Komandalar müvafiq olaraq turnir cədvəlində 15 xalla dördüncü və beşinci pillələrdə qərarlaşıblar. Bu səbəbdən tərəflərin duelini "6 xallıq" görüş kimi qiymətləndirmək olar. Zirə Olimpiya İdman Kompleksində baş tutacaq matçın start fiti saat 17:30-da səslənəcək.

Turun bağlanış qarşılaşması isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yerli komanda ilə "Turan Tovuz" arasında reallaşacaq. I dövrəni 3-cü pillədə başa vuran qərb təmsilçisi uğurlu seriyanı davam etdirmək niyyətindədir. Doğma publika önündə çıxış edən "Sumqayıt" isə yer aldığı 9-cu pillədən qurtulmaq üçün xal və ya xallar qazanmağa çalışacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.

Azərbaycan Premyer Liqası

II dövrə, X tur

20 oktyabr

17:30."Zirə" - "Sabah"

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.

VAR: Elçin Məsiyev.

AVAR: Pərvin Talıbov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

Zirə Olimpiya İdman Kompleksi.

20:00."Sumqayıt" - "Turan Tovuz"

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev.

VAR: Cavid Cəlilov.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Emin Cəfərov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Kəpəz"i 5:0, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0, "Neftçi" isə "Səbail"i 3:1 hesabı ilə məğlub edib.

0.041395902633667