A seriyası: "İnter" "Roma"nı minimal hesabla məğlub etdi

İtaliyanın A Seriyasında 2024/2025 mövsümünün 8-ci turunun "Roma" və "İnter"in qarşılaşdığı matç başa çatıb.

hakimiyyet.az xəbər verir ki, oyun Romadakı "Olimpiko" stadionunda baş tutub. Matçı Davide Massanın (İmperiya, İtaliya) rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. "İnter" 1:0 hesabı ilə qalib gəlib.

Matçın yeganə qolunu 60-cı dəqiqədə "İnter"in hücumçusu Lautaro Martines vurub.

Keçirilən səkkiz oyundan sonra "Roma" 10 xalla A Seriyasının turnir cədvəlində 10-cu yerdədir. "İnter" də analoji oyunlardan sonra 17 xal toplayaraq ikinci pillədə qərarlaşıb. Növbəti mərhələdə "Roma" "Fiorentina" ilə (27 oktyabr), "İnter" isə "Yuventus"la (27 oktyabr) qarşılaşacaq.

0.059359073638916