ÜST-ün baş direktoru Qəzza zolağındakı işçilərlə əlaqənin itdiyini bildirdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus ÜST-nin Qəzza zolağındakı əməkdaşları ilə əlaqəni itirdiyini bildirib.

O, bu barədə “X” hesabında paylaşım edib.

Qeyd edilib ki, həmçinin tibb işçiləri, humanitar təşkilatların və tibb müəssisələrinin əməkdaşları ilə də əlaqə kəsilib.

“Bu məndə onların təhlükəsizliyi və həssas xəstələr üçün yarana biləcək ani risklərlə bağlı narahatlıq yaradır”, - deyə o qeyd edib.

Mənbə: RT

0.077262163162231