Milli Qəhrəmanın məzarı 31 ildən sonra ziyarət olunub - FOTO

Milli Qəhrəman Faiq Rəfiyevin məzarı 31 ildən sonra ailə üzvləri tərəfindən ziyarət olunub.

1955-ci il fevral ayının 22-də Füzuli rayonunun Saracıq kəndində anadan olan R.Rəfiyev Rusiyada hərbi xidmətdən təxris olunduqdan sonra Arxangelsk vilayətində milis sistemində çalışmağa başlayıb.

Ardından leytenant rütbəsi alaraq sahə müvəkkili kimi fəaliyyətini davam etdirib.

Qanli yanvar hadisələrindən sonra Azərbaycana qayıdaraq Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib və təcrübəsi nəzərə alınaraq, Xocavənd rayonuna sahə müvəkkili təyin olunub.

Birinci Qarabağ müharibəsində zabit kimi iştirak edən F.Rəfiyev xüsusilə, Axullu, Tuğ, Qaradağlı kəndlərinin qorunması üçün gedən döyüşlərdə şücaət göstərib.

9 yanvar 1992-ci ildə Köçbəy kəndinin erməni silahlılarından təmizlənməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub.

Qeyd edək ki, Faiq Rəfiyev doğulduğu Saracıq kəndində dəfn olunub.

Ölümündən sonra isə “Milli Qəhrəman” adına layiq görülüb.

0.076059103012085