Moskvada hokkeyçi oyun zamanı öldü - VİDEO

Moskvada həvəskarlar arasında keçirilən oyun zamanı yaşlı hokkeyçi ölüb.

İlkin məlumata görə, “Armata” klubunun 61 yaşlı hücumçusu Mixail Yançişin “Favorit”lə oyunda huşunu itirib.

Həkimlər gələnə qədər kişiyə ilkin tibbi yardım göstərməyə çalışıblar. Daha sonra o, reanimasiyaya aparılıb və orada ölüb.

Hazırda həkimlər ölümün səbəbini müəyyənləşdirirlər.

Mənbə: news.ru

0.090868949890137