Sumqayıtda avtomobil elektrik dirəyinə çırpılıb, xəsarət alanlar var - FOTO

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə “Mero yolu” adlanan ərazidə qeydə alınıb.

VAZ-2107 və “Chevrolet Cruze” markalı avtomobillər toqquşub.

Nəticədə VAZ-2107 idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb, tamamilə yararsız vəziyyətə düşüb.

Yaralıların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

0.18365597724915