“Qarabağ” darmadağınla qalib gəlib, xal fərqini artırdı - YENİLƏNİB + VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.

hakimiyyet.az xəbər verir ki, sonuncu matçda “Qarabağ” “Qəbələ”ni qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin qollarını yeddinci dəqiqədə Hamidu Keyta, 64-cü dəqiqədə Nəriman Axundzadə, 90+2-ci dəqiqədə Juninyo Olavio vurub.

Xallarının sayını 32-yə çatdıran “Qarabağ” liderliyini möhkəmləndirib. “Qırmızı-qaralar” isə 11 xalla doqquzuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Zirə”ni (1:0), “Sabah” “Kəpəz”i (2:0) məğlub edib. “Araz-Naxçıvan” - “Səbail” (1:1) və “Turan Tovuz” - “Sumqayıt” (2:2) qarşılaşmaları heç-heçə yekunlaşıb.

09:14

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura bu gün yekun vurulacaq.

“Report” xəbər verir ki, sonuncu matçda “Qarabağ” “Qəbələ”ni qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq qarşılaşma saat 19:30-da başlayacaq.

Görüşü Tural Qurbanov idarə edəcək. “Köhlən atlar” 29 xalla liderdirlər. “Qırmızı-qaralar” isə 11 xalla 9-cu pillədə qərarlaşıblar.

Azərbaycan Premyer Liqası

XV tur

19:30. “Qarabağ” - “Qəbələ”

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Zöhrab Abbasov, Rəşad Əhmədov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Zirə”ni (1:0), “Sabah” “Kəpəz”i (2:0) məğlub edib. “Araz-Naxçıvan” - “Səbail” (1:1) və “Turan Tovuz” - “Sumqayıt” (2:2) qarşılaşmaları heç-heçə yekunlaşıb.

0.21632409095764