Avtomobili hərəkətin əksinə sürən şəxsin saxlanılma anları - FOTO/VİDEO

Azərbaycanda sürücü qaydaları kobud şəkildə pozub.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Videogörüntülərdə “Niva” markalı avtomobilin sürücüsünün polisə tabe olmadığı görünür.

Belə ki, sürücü Dövlət Yol Polisi əməkdaşları yaxınlaşan zaman maşını geriyə hərəkət etdirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov hakimiyyet.az-a bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman “Niva” markalı avtomobilin sürücüsünü yol hərəkəti qaydalarını pozduğuna görə saxlayıblar:

“Bu zaman sürücünün sərxoş olması barədə əsaslı şübhələr yaranıb. Sürücü ilə profilaktik söhbət aparılaraq, sükanı tərk etməsi bildirilsə də, o, buna tabe olmayıb. Məsuliyyətdən yayınmaq üçün qaçmağa cəhd edən sürücü Q.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində qanunamüvafiq qaydada tədbir görülüb”.

İlhamə Əbülfət

0.99244809150696