“Qarabağ” “Hakken”lə oyununda ikinci hissə başlayıb - YENİLƏNİR + CANLI YAYIM

Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qarabağ” - “Hakken” (İsveç) oyununda ikinci hissə başlayıb.

hakimiyyet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hazırda 2:0 hesabı ilə öndədir.

Canlı yayımı bu linkdən izləyə bilərsiniz.

22:35

Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qarabağ” - “Hakken” (İsveç) oyununda ilk hissə başa çatıb.

hakimiyyet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.

“Köhlən atlar”ın heyətində 1-ci dəqiqədə Leandro Andrade fərqlənib.

45+3-cü dəqiqədə Yassin Benzia rəqibi ikinci dəfə məyus edib.

21:51

Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda keçirilən “Qarabağ” - “Hakken” (İsveç) oyununda ilk qol vurulub.

hakimiyyet.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın birinci dəqiqəsində Azərbaycan təmsilçisi hesabı açıb.

“Köhlən atlar”ın heyətində Leandro Andrade fərqlənib.

21:45

“Qarabağ”la “Hakken” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunu başlayıb.

hakimiyyet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan qarşılaşmaya Bakı vaxtı ilə saat 21:45-də start verilib.

Görüşü albaniyalı FIFA referisi Yucin Caya idarə edir.

20:49

Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda üz-üzə gələcək “Qarabağ” və İsveçin “Hakken” klubunun start heyətləri bəlli olub.

hakimiyyet.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Qarabağ”: 99 Andrey Lunyov, 44 Elvin Cəfərquliyev, 13 Bəhlul Mustafazadə 55. Bədavi Hüsenov, 29 Marko Veşoviç, 6 Julio Romao, 8, Marko Yankoviç, 7 Yassin Benzia, 10Abdullah Zubir, 15 Leandro Andrade, 18 Olavio Juninyo

“Hekken”: 26. Peter Abrahamsson, 21. Tomas Totland, 5. Even Hovland, 4. Ayham Usu, 13. Simon Sandberq, 27. Romeo Amane, 11. Samuel Qustafson, 18. Mikkel Riqaard, 23. Mamadu Sonko, 10. Ali Yussef, 17. Edvard Çilufya

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” oyunu saat 21:45-də başlayacaq. Ağdam təmsilçisi hazırda 7 xalla ikinci pillədə yer alıb. İsveç klubunun isə hesabında xal yoxdur.

09:14

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.

hakimiyyet.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda İsveçin “Hakken” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma saat 21:45-də start götürəcək. Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Caya olacaq.

“Köhlən atlar” qalib gələcəyi təqdirdə digər oyunun nəticəsindən asılı olmayaraq, tarixində ilk dəfə bu turnirin pley-offuna yüksələcək.

H qrupunun digər görüşündə “Bayer 04” Almaniyada Norveçin “Molde” kollektivini sınağa çəkəcək. Leverkuzen təmsilçisi hazırda 15 xalla liderdir. “Qarabağ” 7 xalla ikinci, eyni xala malik “Molde” üçüncü sıradadır. “Hakken”in isə hesabında xal yoxdur.

UEFA Avropa Liqası

VI tur

21:45. “Qarabağ” - “Hakken” (İsveç)
Baş hakim: Yucin Caya (Albaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

0.32154607772827