Qurban Qurbanov: “Hansısa kluba getməyi düşünmürəm, “Qarabağ”a çox bağlıyam”

“Bu gün hansısa kluba getmək barədə düşünmürəm, “Qarabağ”a çox bağlıyam”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İsveçin “Hakken” komandasına 2:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis “köhlən atlar”da qalmaq və uğurlar əldə etmək istədiyini vurğulayıb:

“Sabah başımıza nə iş gələcəyini bilmirik. Ən böyük klublarda da dəyişiklik olur. Hələlik getməyi düşünmürəm. Böyük bir şey baş verməsə, buradayam”.

0.091480016708374