Türkiyədə tunellərin birində zəncirvari qəza baş verib - ANBAAN VİDEO

Türkiyədə tunellərin birində baş verən dəhşətli qəza anı kameralarda qeydə alınıb. Hadisə Aydın-İzmir magistral yolunda baş verib.

Görüntüdən aydın olur ki, əvvəlcə yük maşını minik avtomobilinə çırpılır. Nəticədə yolun bir hissəsi bağlanır. Hadisəyə şahid olan digər sürücülər sürəti azaltsalar da, zəncirvari qəzanın qarşısını almaq mümkün olmur.

Qəza nəticəsində iki nəfər 38 yaşlı Vasif S. və 63 yaşlı Bayram S. yaralanıb. Onlar təcili yardımla Aydındakı xəstəxanaya aparılıblar.

Hadisənin səbəbləri ilə bağlı istintaqa başlanılıb.

Mənbə: Haber Global

0.42408609390259