İtaliyada motosiklet şousunda qorxulu anlar: Kaskadyor maşını tamaşaçıların üzərinə sürdü - VİDEO

İtaliyanın Verona şəhərində “Motor Bike Expo” bayk-şousunda qorxulu anlar yaşanıb.

Avtomobildə fənd həyata keçirən kaskadyor idarəetməni itirib və maşın arxasında tamaşaçıların olduğu hasara çırpılıb.

Nəticədə 14 nəfər xəsarət alıb və onlardan 9-u yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Avtomobili idarə edən şəxs isə yaralanmayıb.

Mənbə: İzvestiya

0.18312978744507