Aİ ölkəsi Rusiya və Belarusla əməkdaşlığı bərpa edib

Slovakiyanın mədəniyyət naziri Martina Simkoviçova 2022-ci il fevralın 24-dən sonra respublikanın Rusiya Federasiyası və Belarusla mədəniyyət sahəsində əməkdaşlığının dayandırılması barədə sərəncamı ləğv edib.

“Dünyada onlarla hərbi münaqişə baş verir və fikrimizcə, incəsənət və mədəniyyət xadimləri onlardan əziyyət çəkməməlidir”, - nazirin mətbuat katibi Pavel Çorba ounn sözlərini mətbuata çatdırıb.

Xatırladaq ki, Slovakiya indiyədək Rusiya və Belorusa qarşı çox sayda sanksiyalar qəbul edən Avropa İttifaqının üzvüdür.

Mənbə: TASS

0.36140704154968