Moldovanın xarici işlər naziri vəzifəsinə TƏYİNAT - YENİLƏNİB + FOTO

Moldovanın yeni xarici işlər naziri vəzifəsinə parlament sədrinin müavini Mixay Popşoy təyin edilib.

Bu barədə Moldovanın Baş naziri Dorin Reçan bildirib.

Mixay Popşoy əvvəllər parlamentin Avrointeqrasiya və xarici siyasət Komissiyasının üzvü olub.

Xatırladaq ki, xarici işlər və avrointeqrasiya naziri Niku Popesku yanvarın 24-də istefa verib.

Mənbə: TASS

12:04

Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku istefa verib.

Moldovalı nazir bu barədə yanvarın 24-də mətbuat konfransı zamanı bildirib.

“Mənə fasilə lazımdır. Moldova Respublikasının Avropa İttifaqına daxil olması üçün hakim komandanın səylərinə töhfə verməyə davam edəcəyəm”, - deyə Niku Popesku əlavə edib.

Məlumat üçün əlavə edək ki, N.Popesku 2021-ci ildən Moldova Xarici İşlər Nazirliyinə rəhbərlik edib.

Mənbə: Point

0.38223600387573