Rusiyada neft zavodunda yanğın baş verib - VİDEO

Rusiyanın Tuapse şəhərində yerləşən “Rosneft” zavodunun ərazisində güclü yanğın baş verib.

Məlumata görə, gecə saatlarında neft bazasının ərazisində vakuum qurğusu yanıb. Yanğının sahəsi 200 kvadratmetr olub.

Qeyri-rəsmi məlumatlara görə, yanğın PUA-nın zərbəsindən sonra başlayıb.

Qeyd edək ki, şəhərdə hava hücumu xəbərdarlığı elan edilib.

Mənbə: Ura.ru

0.51240396499634