Azərbaycan “Avroviziya”da birinci yarımfinalda çıxış edəcək

“Avroviziya 2024” mahnı müsabiqəsinin yarımfinalının püşkatma mərasimi keçirilib.

hakimiyyet.az xəbər verir ki, İsveçin Malmö şəhərində keçiriləcək müsabiqədə ölkəmiz mayın yeddisində birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.

Ölkəmiz birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova ilə yarışacaq.

Qeyd edək ki, müsabiqənin ikinci finalı mayın doqquzunda, finalı isə mayın 11-də keçiriləcək.

0.30815100669861