Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Novruz bayramı münasibətilə paylaşım edib.
“Bu il Azərbaycanda Novruz bayramı əvvəlkilərdən fərqlidir. Azərbaycanın işğaldan azad edilmiş bütün suveren ərazilərində və boz zonalarda bayram Novruz tonqalları ilə qeyd olunur. Deyildiyi kimi, oyun bitdi!
Novruz bayramını təbrik edərkən, biz artıq gələn ili Şuşada, Xankəndidə qeyd edəcəyimizi demirik. Şuşada, Xankəndidə, işğaldan azad edilmiş digər torpaqlarda Novruz ruhundayıq. Birləşmiş Millətlər Təşkilatının (BMT) 2024-cü il tarixində yenilənmiş, 3761 nömrəli xəritəsi uyğun coğrafi adlarla yeni reallıqların ən yaxşı təsviridir!” - deyə Hikmət Hacıyev paylaşımda bildirib.
This year Novruz celebration in Azerbaijan is different from the ones we used to have. Novruz is celebrated with Novruz bonfires in the entire sovereign territories of Azerbaijan free from military occupation and gray zones. As it has been said Game Over!
— Hikmet Hajiyev (@HikmetHajiyev) March 20, 2024
While offering Novruz… pic.twitter.com/m4etusO5tx