Bakıda hərəkətdə olan nəqliyyat vasitəsi yolun dağılmış hissəsindən keçərkən təkərləri partlayıb.
hakimiyyet.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Söhbət paytaxtın əsas mərkəzi sayılan Heydər Əliyev prospektindən gedir. Yolun bir hissəsinin asfalt örtüyü dağılaraq quyu əmələ gəlib və oradan keçən nəqliyyat vasitələrinə ciddi maddi ziyan vurur.
Gecə saatlarında sözügedən ərazidən keçən nəqliyyat vasitələrinin sürücüsü onu görmür və ən yaxşı halda maşının təkərləri partlayır. Belə hal qəza şəraitinə də səbəb ola bilər.
Paylaşıma rəy bildirən sosial şəbəkə istifadəçiləri isə yolun uzun müddətdir bu vəziyyətdə olduğunu, aidiyyəti qurumların bu məsələyə diqqət yetirmədiyini iddia ediblər.
Həmin görüntüləri təqdim edirik: