Paytaxtda iki avtomobil toqquşub: Gənc qız yaralanıb

Bakının Nizami rayonunda 17 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2007-ci il təvəllüdlü Neyjən Zamin qızı Məmmədli xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0.21182799339294