Sindi Krouford açıq-saçıq fotosessiya edən qızının görünüşünə biganə qala bilmədi - FOTO

Supermodel Sindi Kroufordun qızı 22 yaşlı Kaya Gerber “V Magazine” jurnalının yeni buraxılışı üçün fotosessiya edib.

Kadrlar nəşrin sosial şəbəkə hesabında yayılıb.

Gənc model ağ köynəkli ciddi kostyumdan tutmuş dəri mini ətək və krujevalı çimərlik geyiminə kimi ən müxtəlif paltarlarda görünüb.

Fotolar modelin pərəstişkarları tərəfindən çox bəyənilib. Sindinin özü də qızının növbəti uğuruna biganə qala bilməyib.

“İndi mən də məhz bu cür kəkil istəyirəm”, - deyə o yazıb.

 

0.08247184753418