Qazaxıstandan Rusiyadakı vətəndaşlarına XƏBƏRDARLIQ

Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov hazırda Rusiyada olan ölkə vətəndaşlarına xəbərdarlıq edib.

Onun sözlərinə görə, vətəndaşların bütün sənədləri üzərlərində olmalıdır.

Belə ki, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həmin sənədlərin təqdim edilməsi tələb oluna bilər.

O vurğulayıb ki, ərazisində terror aktı baş verən istənilən dövlət avtomatik olaraq təhlükəsizliyi təmin etmək üçün belə tədbirlər görür.

Smadiyarov əlavə edib ki, indiyədək Rusiyadakı Qazaxıstan vətəndaşları heç bir şikayətlə səfirliyə müraciət etməyiblər.

Mənbə: mk.ru

0.1055281162262